İngiltərədən Jiruya “elçi”
“Milan”ın hücumçusu Olivye Jiru karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” 36 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Fransalı forvardın “Milan”la müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Jiru 2021-ci ilin iyulundan Milan təmsilçisinin heyətində çıxış edir. O, bu mövsüm İtaliya klubunda 19 matça çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin