MY futbolçusunu İspaniya klubuna satır

Niderlandlı yarımmüdafiəçi Donni van de Bek karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Jirona” “Mançester Yunayted”in futbolçusunu transfer etməkdə maraqlıdır.

Yaxın günlərdə tərəflər yarımmüdafiəçinin transferi ilə bağlı danışıqların son mərhələsini keçirəcək. Bundan sonra Van de Beek tibbi müayinədən keçəcək və İspaniya klubu ilə müqavilə bağlayacaq.

27 yaşlı yarımmüdafiəçi ötən mövsümün 2-ci yarısında icarə əsasında Frankfurt “Ayntraxt”ında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button