
Flik: “Jirona” ilə matç ən vacibidir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün həlledici dövrü haqda danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Jirona” ilə matçın ən vacib olduğunu bildirib:
“Bizim liqada 10 oyunumuz qalıb və “Jirona” ilə matç ən vacibidir. Aydındır ki, uşaqlar oyundan zövq alırlar”.
İspaniya La Liqasının 29-cu turunun “Barselona” – “Jirona” matçı sabah keçiriləcək. İlk dövrədəki oyunda Flikin yetirmələri 4:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



