Azərbaycan millisi Macarıstan və Belarusla qarşılaşacaq

İyunun 28-dən iyulun 11-dək Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.

Komanda.az xəbər verir ki, yığma Avropa çempionatına hazırlıqları iyulun 26-na kimi paytaxtda davam etdirəcək. Azərbaycan millisi Bakıda hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoxlama görüşü də keçirəcək.

Avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək.

A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Milli görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək.

Oyunların təqvimi

20 avqust

17:00. Azərbaycan – Belçika

21 avqust

18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust

17:00. Rusiya – Azərbaycan

24 avqust

20:00. Azərbaycan – Serbiya

25 avqust

17:00. Fransa – Azərbaycan

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button