Ronaldo mövsümün ən yaxşı futbolçusu seçildi

İtaliyanın “Yuventus” klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, portuqaliyalı hücumçu Kriştiano Ronaldodur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ronaldo “Yuventus”la bu mövsüm bütün turnirlər daxil olmaqla 44 oyunda 36 qol vurub, 4 məhsuldar ötürmə edib. 36 yaşlı hücumçu 29 qolla İtaliya A Seriyasının bombardiri olub.

“Yuventus” A Seriyasında mövsümü 4-cü sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button