“Ulduz” son oyununda da məğlub oldu

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqası turnirinə yekun vurulub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən eşitməqüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası son oyununu keçirib. 17-ci yer uğrunda Macarıstanın “Budapeşt” komandası ilə qarşılaşan “Ulduz” 4:6 hesabı ilə məğlub olub.

“Ulduz” 24 komandanın mübarizə apardığı turniri 18-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button