MY və “Çelsi” italyan futbolçuya “elçi düşdü”

İtaliyanın “Roma” klubunun futbolçusu Canluka Mançini karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə “Mançester Yunayted” və “Çelsi” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Premyer Liqa klubları Mançinini mövsümün sonunda transfer etməyə çalışacaqlar.

Mançini 2019-cu ilin sentyabrından “Roma”da çıxış edir. Müdafiəçi bu mövsüm A Seriyasında 23 oyuna çıxıb və 4 qol vurub. Mançini İtaliya milli komandasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button