“Napoli”yə koronavirus əngəli
İtaliyanın “Napoli” klubu bir müddət əvvəl martın 25-də məşqlərə başlayacağını açıqlasa da, bu, baş tutmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Neapol təmsilçisi İtaliyada geniş yayılan koronavirus pandemiyasına görə məşqlərin başladılmasını təxirə salıb. Komandanın nə vaxt toplaşacağı məlum deyil.
İtaliyada 63927 nəfər koronavirusa yoluxub. İnfeksiya səbəbindən 6077 nəfər vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin