“Milan”ın sabiq futbolçusu “Qarabağ”a “yox” deyib
İtaliyanın “Montsa” klubunun futbolçusu Marko Fossati 2019-cu ilin yayında “Qarabağ”dan təklif alıb.
Komanda.az “monza-news.it” saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən yay “Montsa”nın planlarında yer almadığını deyib. Buna baxmayaraq, Fossati, İtaliyada qalmaq üçün “Qarabağ”ın təklifini rədd edib:
“Avqustun sonunda mənə artıq planlarının bir parçası olmadığımı dedilər. Son anda “Qarabağ”ın təklifinə “yox” dedim. İtaliyada qalmaq istəmişdim”.
2010-2015-ci illərdə “Milan”a məxsus olan Fossati, “Kalyari”, “Bari”, “Verona” kimi klublarda da çıxış edib. Yarımmüdafiəçi 2019-cu ilin yanvarından “Montsa” klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin