“Milan”da baş məşqçi ilə yeni müqavilə
İtaliyanın “Milan” klubunda baş məşqçi Stefano Piolinin müqaviləsi yenilənib.
Komanda.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. “Qırmızı-qaralar” Piolinin rəhbərliyi altında 106 oyunda 59 qələbə qazanıb, 20 dəfə də məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin