“Milan” “Tottenhem”li üçün 42 milyon ödəməyə hazırdır
İtaliyanın “Milan” klubu “Tottenhem”in futbolçusu Davinson Sançesi transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, A Seriyası təmsilçisinin kolumbiyalı müdafiəçi üçün 42 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.
2017-ci ildən “Tottenhem”də forma geyinən Sançesin müqaviləsi 2024-cü ilin yayına qədərdir. Müdafiəçi Kolumbiya yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin