“Milan” onun transferindən vaz keçdi
İtaliyanın “Milan” klubu “Real”ın futbolçusu İskonu transfer etməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Xəbərdə, “rossonyerilər”in ispan yarımmüdafiəçinin keçidindən imtina etdiyi bildirilib.
“Milan” rəhbərliyi İskonun komandanı gücləndirəcəyinə inanmır. A Seriyası klubu bu səbəbdən, 29 yaşlı futbolçudan imtina edib.
İsko bu mövsüm “Real”la 6 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin