Almaniya klubu “Milan”ın futbolçusunu icarəyə götürdü – rəsmi

İtaliyanın “Milan” klubu futbolçusu Yens-Petter Hauqeni icarəyə verib.

Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü Almaniyanın “Ayntraxt” klubunda keçirəcək. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Milan” Hauqeni 2020-ci ilin oktyabrında Norveçin “Bude-Qlimt” klubundan 5 milyon avroya transfer edib. Yarımmüdafiəçi A Seriyası klubu ilə 24 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button