“İnter”in hücumçusu üçün İngiltərə variantı
İtaliyanın “İnter” klubunun futbolçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ilə “Liverpul” klubu maraqlanır.
“İnter” Martinesə hələ yeni müqavilə təklif etməyib. “Liverpul” bu vəziyyətdən istifadə edərək, argentinalı hücumçunu heyətinə qata bilər.
“İnter”lə müqaviləsi 2023-cü ilin yayına qədər olan Martines, bu mövsüm A Seriyasında 36 oyunda 16 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin