“İnter” Martinesi niyə satmaq istəyir?
İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesi sata bilər.
Komanda.az xəbər verir ki, “neradzurra” maliyyə problemlərinə görə 23 yaşlı hücumçunu satmağa razıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “İnter” Martines üçün azı 90 milyon avro tələb edir.
Martinesin “İnter”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Argentinalı hücumçu bu komanda ilə ümumilikdə 132 oyuna çıxıb və 49 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin