“İtaliyanın bayrağını Avropada dalğalandırmalıyıq” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bude-Qlimt” üzərində qazanılan böyükhesablı qələbəni (4:0) şərh edib.
Komanda.az UEFA-ya istinadən xəbər verir ki, o, avrokuboklarda mübarizəni davam etdirən tək İtaliya klubu olduqlarını söyləyib:
“İndi Avropada İtaliyanın bayrağını dalğalandırmalıyıq. Biz avrokuboklarda mübarizəni davam etdirən yeganə İtaliya klubuyuq. Biz rəqibdən güclü idik. Yalnız dördüncü cəhddə “Bude-Qlimt”e qalib gəlmək yolverilməzdir. Amma əsas odur ki, nəticədə 1:2 hesabı 5:2-yə çevrildi. Əvvəldən əla oynadıq. Rəqib komanda ilk qollardan sonra işinin bitdiyini başa düşdü”.
“Roma” “Bude-Qlimt”ə 4:0 hesabı ilə qalib gəlib. İlk oyunda “Roma” 1:2 hesabı ilə uduzmuşdu.
Bizi Facebook-da izləyin