“10 banan at, yesin” – Lukakuya görə işdən qovuldu
İtaliyalı jurnalist Luçano Passirani “İnter”in futbolçusu Romelu Lukaku haqda irqçi fikirlər səsləndirdiyi üçün işdən qovulub.
Komanda.az xəbər verir ki, “Top Calcio24” kanalında yayımlanan veriliş zamanı Passirani Lukakunun ünvanına “onu dayandırmaq istəyirsənsə, qabağına 10 banan at, yesin” deyə, fikir səsləndirib.
Bu sözlərdən sonra kanalın direktoru efirə çıxaraq, həmkarının adından üzr istəyib. O, Passiraninin bir daha efirə buraxılmayacağını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin