A Seriyasıyla bağlı yekun qərar verilir – tarix açıqlandı
İtaliyada koronavirus pandemiyasıyla bağlı dayandırılan futbol yarışlarının başlama vaxtı çərşənbə günü məlum olacaq.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, İtaliyanın idman naziri Vinçenso Spadaforanın, İtaliya Futbol Federasiyası nümayəndələrinin, A Seriyası rəhbərliyinin və klub rəsmilərinin iştirakı ilə aprelin 22-də videokonfrans keçiriləcəyi bildirilib. İclasda futbol yarışlarının son durumunun müzakirə olunacağı və A Seriyasının başlama tarixinin açıqlanacağı gözlənilir.
İtaliya mətbuatının xəbərinə görə, ölkədə əvvəlcə mayın 27-də kubok oyunları başlayacaq. A Seriyası isə iyunun əvvəlində start götürəcək.
İtaliyada koronavirusa görə futbol yarışları martın 10-dan təxirə salınıb.
Bizi Facebook-da izləyin