A Seriyasının bərpası üçün yeni tarix
İtaliyada idman tədbirlərinin keçirilməsi iyunun 14-nə qədər qadağan olunduğu üçün A Seriyası ayın 13-də bərpa olunmayacaq.
Komanda.az xəbər verir ki, yerli çempionatın başlayacağı yeni tarix də məlum olub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, A Seriyasının iyunun 20-də bərpa olunacağı bildirilib.
İtaliyada yerli liqalar martın 9-da keçirilən 26-cı turun son oyunlarının ardından koronavirusa görə dayandırılıb. Komandalara mayın 4-dən etibarən fərdi qaydada, ayın 18-dən isə kollektiv məşq etməyə icazə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin