İtaliyada futbolçulara koronavirus vaksini vurulacaq

İtaliyada bütün peşəkar futbolçulara koronavirus infeksiyasına qarşı vaksin vurulacaq.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının tibbi komisiyasının nümayəndəsi Françesko Brakonaro yerli mətbuata açıqlamasında deyib. O, bütün futbolçuların peyvənd edilməsinin zəruriliyini qeyd edib:

“İtaliyada bütün peşəkar futbolçuların peyvənd edilməsi düşünülməli bir fikirdir. Son 10 ayda yaşadıqlarımızı nəzərə alsaq, həqiqətən, başqa alternativ yolumuz yoxdur. Düşünürəm ki, bütün peşəkar futbolçuları peyvənd etmək yaxşı olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button