İtaliya kubokunda yarımfinalçılar bəlli oldu

İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Napoli” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.

“Yuventus” bu mərhələdə “Roma” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən Turin təmsilçisi yarımfinala yüksəlib.

“Milan” yarımfinala vəsiqə uğrunda “Torino” ilə qarşılaşıb. Dramatik keçən matçda qalib əlavə yarım saatda müəyyənləşib. Milanlılar hətta məğlub duruma düşmələrinə baxmayaraq, məhz əlavə vaxtda vurduqları qollar sayəsində növbəti mərhələyə yüksəliblər.

“İnter” isə “Fiorentina”yla üz-üzə gəlib. Sonuncu qarşılaşmanın qalibi “İnter” olub.

Beləliklə, yarımfinalda “İnter”lə “Napoli”, “Milan”la isə “Yuventus” mübarizə aparacaq.

İtaliya kuboku, 1/4 final mərhələsi

21 yanvar

Napoli – Latsio 1:0
Qol:
İnsinye, 2.

22 yanvar

Yuventus – Roma 3:1
Qol
: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.

28 yanvar

Milan – Torino 4:2
Qol
: Bonaventura, 12. H.Çalhanoğlu, 90+1; 106. İbrahimoviç, 108 – Bremer, 34: 71.

29 yanvar

İnter – Fiorentina 2:1
Qol
: Kandreva, 44. Barella, 67 – Kaseres, 60.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button