“Yuventus”un siyahısındakı 3 futbolçu

“Yuventus” bu yay yeni cinah oyunçusu almaq istəyir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubunun üç variantı var. Baş məşqçi Tiaqo Motta “Mançester Yunayted”dən Ceydon Sanço və Meyson Qrinvud, həmçinin, Dortmund “Borussiya”sının futbolçusu Kərim Adeyemi haqqında düşünür.

Sanço və Qrinvud “Mançester Yunayted”in planlarına daxil deyil. Qrinvud ötən mövsüm “Xetafe”də icarə əsasında oynayıb, Sanço isə yanvarda altı aylığına “Borussiya”ya keçib.

“Yuventus” rəhbərliyi üçün hansı namizədin prioritet hesab edildiyi hələlik məlum deyil.

“Borussiya” bu yay Adeyemini satmaq istəmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button