“Parma”nın daha bir futbolçusu koronavirusa yoluxdu
İtaliyanın “Parma” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, son testlərdə bir futbolçunun nəticəsi pozitiv olub. Adı açıqlanmayan həmin şəxs karantinə alınıb.
Bununla da, “Parma”da koronavirusa yoluxanların sayı 5-ə çatıb. Klub daha əvvəl 4 üzvündə virusun aşkarlandığını bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin