İtaliya A Seriyasında mövsüm tamamlanmayacaq

Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümü tamamlanmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Gazetta dello Sport” məlumat yayıb.

Bildirilir ki, liqa dayandırlandan sonra bir neçə variant gözdən keçirilir. Ancaq A Seriyasının ümumiyyətlə oynanılmama ehtimalı daha böyükdü. Buna səbəb ölkədə koronavirus epidemiyasının sürətlə yayılmasıdı. Hökümət xəstəliyin qarşısını heç cür ala bilmir. Bu səbədən də çempionatın davam etdirilməsi mümkünsüz görünür.

Başqa bir məlumata görə isə mayda da liqanın oynanılması mümkün olmasa, mövsüm tamamlanmayacaq. Bu vəziyyətdə isə çempion elan olunmayacaq və heç bir komanda liqanı tərk etməyəcək.

Qeyd edək ki, A Seriyası martın 9-da dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button