Futbolçular məvaciblərinin azaldılmasına qarşı çıxdılar

İsveçrənin “Bazel” klubunun futbolçuları koronavirusa görə məvaciblərinin azaldılmasına razı olmayıblar.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Bazel” rəhbərliyi futbolçulara illik məvaciblərinin 17,5 faiz azaldılmasını təklif etsə də, oyunçular bunu qəbul etməyib. Bu 17,5 faizə əsasən futbolçular aprel, may və iyun ayı ödənişlərini 70 faiz az alacaqdı. Rəhbərliyin yenidən futbolçularla müzakirələr aparacağı bildirilib.

İsveçrə çempionatı koronavirusa görə təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button