“İstəmərəm ki, “Qarabağ”da 14 nömrə əbədiləşdirilsin” – Rəşad Sadıqov
Bir neçə gün əvvəl karyerasını bitirən “Qarabağ”ın və Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov açıqlama verib.
Komanda.az xəbər verir ki, canlı yayımda sualları cavablandıran sabiq müdafiəçi, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündən danışıb:
“AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüm xüsusi reaksiyaya səbəb oldu. Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələri olanda mən də təbrik edirəm. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər”.
Həm millidə, həm də “Qarabağ”da geyindiyi 14 nömrəli formanın mümkün əbədiləşdirilməsi barədə də danışan Sadıqov, buna layiq olmadığını bildirib:
“İstəmərəm ki, “Qarabağ”da 14 nömrə əbədiləşdirilsin”.
Məşqçi kimi ölkə xaricində çalışmaq istədiyini deyən sabiq kapitan, ingilis dilini öyrənməyi hədəflədiyini deyib:
“Futbolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəm. Bu səbəbdən, qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi mükəmməl şəkildə buna yiyələnmək istəyirəm”. (Report)
Bizi Facebook-da izləyin