“İstifadə edə bilmədiyimiz yüz faizlik fürsətlər var idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiyanın HJK komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu şərh edib.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib:

“Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qələbə idi. Azarkeşlərə təşəkkür edirəm”.

Təcrübəli çalışdırıcı futbolçularda gərginlik olduğunu gizlətməyib: “Rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımızdır. İstifadə edə bilmədiyimiz yüz faizlik fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Düşünürəm ki, cavab oyununda tam əksi olar, daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik”.

Pley-offa çıxmaq şanslarını dəyərləndirən baş məşqçisi cüzi üstünlük qazandıqlarını vurğulayıb: “Hər qələbə futbolçulara inam verir. Top buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Cavab oyunu öncəsi bir az üstünlüyümüz var”.

Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Serbiya “Partizan”ına 2 cavabsız qolla qalib gələn “Sabah” komandasını da təbrik edib: “İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcək, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button