“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

“Hatayspor” “Fatih Karagümrük”ü, “Altay” “Yeni Malatyaspor”u, “Kasımpaşa” “Rizəspor”u məğlub yola salıb.

Lider “Trabzonspor” yenicə baş məşqçi dəyişikliyinə əl atan “Göztəpə”ni sınağa çəkib. Altı qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Çempionlar Liqası zonasına can atan “Fənərbaxça” isə “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib. Bol qollu matç qonaqların qələbəsiylə yekunlaşıb.

Bu tur İstanbul derbisiylə əlamətdar olub. Avropa Liqasında çətin “Barselona” səfərindən sərfəli nəticə ilə dönən “Qalatasaray” doğma meydanda “Beşiktaş”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 29-cu tur

12 mart

Hatayspor – Fatih Karagümrük 3:0
Qol
: Lobjanidze, 29. El Kaabi, 34; 55.

Altay – Yeni Malatyaspor 1:0
Qol
: Payşao, 44-pen.

Kasımpaşa – Rizəspor 3:1
Qol
: Mabil, 27. U.Bozok, 71. Fall, 74 – S.Ay, 65.

Trabzonspor – Göztəpə 4:2
Qol
: Nvakaeme, 34. A.Ömür, 37; 53. Djanini, 49 – H.Akbunar, 31. S.Aydoğdu, 43.

13 mart

Kayserispor – Konyaspor 2:3
Qol
: A.Parmak, 7. Qavranoviç, 14 – Gilyerme, 41-pen. Çikalleşi, 52; 61.

Adana Dəmirspor – Sivasspor 2:3
Qol
: Stambuli, 58. Balotelli, 68-pen – P.Enrike, 28; 54; 90+2-pen.

Alanyaspor – Fənərbaxça 2:5
Qol
: T.Bingöl, 53; 67 – D.Rossi, 26. M.Özil, 50. A.Güler, 78. Pelkas, 90. Berişa, 90+4.

14 mart

Başakşəhər – Antalyaspor 0:1
Qol
: Rayt, 20.

Girəsunspor – Qaziantep 2:1
Qol
: Serjinyo, 6. Çikinyo, 79 – Maksim, 40-pen.

Qalatasaray – Beşiktaş 2:1
Qol
: K.Aktürkoğlu, 22; 32 – R.Yılmaz, 85.

Bombardir: Umut Bozok (Kasımpaşa), Ayub El Kaabi (Hatayspor) – 13 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button