İsrafilov cəzalı duruma düşdü
İspaniyanın “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin Sequndanın 37-ci turunda “Alkorkon”la matçın 33-cü dəqiqəsində sarı vərəqə alması səbəb olub.
İsrafilov sarı vərəqə limitini doldurub və “Malaqa” ilə görüşdə meydanda olmayacaq.
Qeyd edək ki, “Albasete” – “Alkorkon” matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda “Malaqa” ilə iyulun 5-də qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin