İspanlar Gürcüstanı 1/4 finala buraxmadılar

Avropa çempionatında 1/8 final mərhələsi davam edir.

Komanda.az xəbər verir ki, bu günə nəzərdə tutulan daha bir matç başa çatıb.

İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşıb. Köln şəhərində keçirilən oyunu fransalı referi Fransua Leteksye idarə edib. Qarşılaşmada hesabı gürcülər açsa da, sonradan 4 qol vuran ispanlar əzmkar qələbə ilə 1/4 finala yüksəliblər.

AÇ-2024
1/8 final

30 iyun

İspaniya – Gürcüstan 4:1
Qollar: Rodri, 39. Fabian Ruis, 51. Niko Uilyams, 75. Dani Olmo, 83 – Robin le Normand, 18-öz qapısına.
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln. “Reyn Energi” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button