AÇ-2020-nin oyunları Sevilyada keçirilə bilər

İspaniyanın Sevilya şəhəri AÇ-2020-yə ev sahibliyi edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Xəbərdə, İspaniyanın Bilbao şəhərindən alınan ev sahibliyi hüququnun Sevilya şəhərinə veriləcəyi bildirilib.

UEFA turnirə ev sahibliyi edəcək şəhərlərlə bağlı son qərarını bu gün verəcək.

Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi etməli idi. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Daha əvvəl Bakı (Azərbaycan), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı təminat verib.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyunun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button