“Beşiktaş” “Sevilya”nın hücumçusu ilə danışıq aparır
İspaniyanın “Sevilya” klubunun futbolçusu Luk de Yonq karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə “Beşiktaş” klubu yaxından maraqlanır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Super Liqanın son qalibinin artıq de Yonqla danışıqlar apardığı bildirilib.
“Sevilya” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan hücumçu ilə Niderlandın PSV klubu da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin