Ramosun “Real”dan istədiyi məbləğ bilindi

İspaniyanın “Real” klubu futbolçusu Serxio Ramosla yeni müqavilə danışıqlarını davam etdirir.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı kapitanı ilə hələ razılığa gələ bilməyib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, Ramosun illik 12 milyon avro məvacib istədiyi və yalnız bu şərtlə komandada qalacağı bildirilib. “Real” rəhbərliyi isə mövcud maliyyə problemlərinə görə bu məbləği vermək niyyətində deyil.

“Real”la mövsümün sonuna qədər müqaviləsi olan Ramosun yeni sözləşmə imzalamayacağı halda, karyerasını İngiltərədə davam etdirəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button