“Real”ın 2 futbolçusu sıradan çıxdı
İspaniyanın “Real” klubu iki ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua və yarımmüdafiəçi Federiko Valverde sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Hər iki oyunçu La Liqanın 10-cu turunun “Barselona” ilə səfər matçında (2:1) zədələnib.
Kurtua və Valverdenin bərpa müddəti açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin