La Liqa klubu baş məşqçisiylə yollarını ayırdı
İspaniyanın “Betis” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Setyenin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Betis” bu mövsüm La Liqanı 50 xalla 10-cu sırada bitirib. Setyen 2017-ci ildən “Betis”i çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin