“Barselona”nın zərəri açıqlandı
İspaniyanın “Barselona” klubunun 2020/21 mövsümü üçün maliyyə hesabatı açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 481 milyon avro zərərə uğradığı bildirilib.
“Barselona”da oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin tapılması üçün bütün işçilərin yoxlanılmasına başlanacaq. Rəhbərlik 2021/22 mövsümündə bu çətinliklərlə üzləşməmək məqsədi ilə klubda ciddi dəyişikliklər etmək niyyətindədir.
“Barselona” La Liqanın turnir cədvəlində 7 xalla 7-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin