“Barselona” portuqaliyalı üçün 100 milyon avro ödəməyə hazırdır
İspaniyanın “Barselona” klubu yayda heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Atletiko”dan Joao Feliksi transfer etmək istəyir. “Barselona” portuqaliyalı hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır.
2019-cu ildən “Atletiko”da çıxış edən Feliksin sərbəstqalma məbləği 150 milyon avrodur. 21 yaşlı futbolçu bu mövsüm madridlilərlə 33 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin