“Barselona” Niderland klublarının futbolçularına “elçi düşdü”
İspaniyanın “Barselona” klubu yayda heyətini iki yeni müdafiəçi ilə gücləndirə bilər.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”dan Lisandro Martines və “Feyenoord”dan Markos Senesini transfer etmək niyyətindədir. Bu barədə “Voetball İnternational” portalı məlumat yayıb. Xəbərdə, “Barselona”nın yayda Niderland klubları ilə danışıqlara başlayacağı bildirilir.
Lisandronun “transfermarkt”da dəyəri 22, Senesinin isə 20 milyon avrodur. Hər iki müdafiəçinin 23 yaşı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin