“Barselona” Şimali Makedoniya millisinin üzvü ilə güclənir

İspaniyanın “Barselona” klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Rayo Valyekano”dan Stol Dmitrievskini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” artıq Şimali Makedoniyadan olan qapıçı ilə razılıq əldə edib. Stolun keçidi yaxın zamanda rəsmən açıqlanacaq.

28 yaşlı futbolçu bu mövsüm La Liqada 18 oyunda 14 qol buraxıb. Dmitrievski ölkəsinin yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button