Pedri üçün 1 milyard avro!
İspaniyanın “Barselona” klubu futbolçusu Pedrinin müqaviləsini uzatmaq istəyir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı yarımmüdafiəçiylə uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” artıq Pedriylə razılığa gəlib. Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub və ispan futbolçunun sərbəstqalma məbləği 1 milyard avro olacaq.
Pedri bu mövsüm “Barselona” ilə 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin