“Barselona”nın diqqəti Kloppda
İspaniyanın “Barselona” klubunun rəhbərliyi baş məşqçi postuna “Liverpul”un çalışdırıcısı Yurgen Kloppu gətirmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Barselona”nın qarşısında duran əsas problem isə alman mütəxəssisin “Liverpul”la müddəti 2024-cü ilin yayına qədər olan müqaviləsidir.
“Barselona” rəhbərliyi mövsümün sonunda Kloppa təklif göndərəcək.
Kataloniya təmsilçisinin indiki baş məşqçisi Ronald Kumanın yayda bitəcək müqaviləsi yenilənməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin