Dibala “Atletiko” yolunda – zənglər var

İspaniyanın “Atletiko” klubu “Yuventus”un futbolçusu Paulo Dibala ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı hücumçu AS nəşrinə açıqlamasında deyib. O, “Atletiko” nümayəndələrinin onun meneceriylə əlaqə saxladığını bildirib:

“Atletiko”dan zənglər var. Onlar mənə yox, menecerimə müraciət ediblər. Vəziyyətimlə maraqlanmaq üçün tez-tez zəng edirlər. Danışıqlar üç gün də davam edə bilər, altı ay da”.

Dibalanın “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. 27 yaşlı hücumçu bu mövsüm A Seriyasında 15 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button