“Atletiko” futbolçusunu “Osasuna”ya göndərdi
İspaniyanın “Atletiko” klubu futbolçusu Manu Sançesi icarəyə verib.
Komanda.az xəbər verir ki, 20 yaşlı müdafiəçi 2021/2022 mövsümünü La Liqa təmsilçisi “Osasuna”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Manu 2020-ci ilin yayından “Atletiko”da çıxış edir. O, Madrid təmsilçisi ilə 7 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin