“Biz rəqibə hörmət edirik, onlar da bizə hörmət etməlidir”
“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted”lə oyunu haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibə hörmət etdiklərini söyləyib:
“Biz rəqibə hörmət edirik, lakin onlar da bizə hörmət etməlidir. Bizim bu turnirdəki uğurlarımız, bəlkə də, onların çıxışlarından daha parlaqdır. Məqsədimiz qələbə qazanmaqdır”.
“Mançester Yunayted” – “Sevilya” matçı bu gün, saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin