“Laportada telefon nömrəmin olduğunu düşünmürəm” – Luis Enrike
İspaniya yığmasının baş məşqçisi Luis Enrike “Barselona”nı çalışdıracağı iddialarıyla bağlı fikirlərini bildirib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Enrike, yayılan xəbərlərin əsassız olduğunu deyib:
“Barselona”nın prezidenti Xuan Laportada telefon nömrəmin olduğunu düşünmürəm. Milli komandanı tərk etmək niyyətində deyiləm. Müqaviləm var və burda işləməkdə davam etmək istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin