“Özümü yorğun hiss edirdim” – Eddi İsrafilov
İspaniyanın Sequnda təmsilçisi “Albasete”də forma geyinən Azərbaycan millisinin üzvü Eddi İsrafilov klubun saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, İsrafilov, əvvəlcə Sequndanın son turunda “Deportivo”nu məğlub etdikləri oyunla (1:0) bağlı fikirlərini bildirib:
“Qələbə qazandığımız üçün şadam. Uzun müddət idi oynamırdım. Buna görə də, özümü yorğun hiss edirdim. Ancaq zədədən sonra özümü hazır hiss etdim. Çempionat hələ uzundur. Qələbə qazanmaq vacib idi. Sequnda çətin çempionatdır. Yaxşı nəticələr qazanacağımıza inanıram. Burda xoş qarşılandım. Yaxşı kollektivimiz var. Komanda mövsümə yaxşı başlayıb.
“Tenerife”yə qarşı bizi çətin oyun gözləyir. Çünki onlar topu saxlamağı sevirlər. İllərdi Sequndadayam, bu komandanı yaxşı tanıyıram. Topa sahib olsaq, qələbə qazana bilərik. Mən də özümü yaxşı hiss edirəm. Getdikcə daha yaxşı olacam. Baş məşqçi qərar verəcək. Mən oynamağa hazıram. Heyətdə heç kim rahat ola bilməz. Bir mövqe üçün rəqabət aparmalısız. Komanda daxilində rəqabət çoxdur”.
Eddi İsrafilov bu yay “Alkorkon”dan “Albasete”yə transfer olunub.
Bizi Facebook-da izləyin