İspaniya polisi 4 nəfəri həbs edib – Vinisiusa görə

İspaniya polisi “Atletiko” azarkeşlərini “Real”ın futbolçusu Vinisius Juniorun kuklasını asdıqları üçün həbs edib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya polis mərkəzlərindən biri “tvitter” hesabında məlumat yayıb.

Bu il yanvarın 26-da Madriddəki körpülərdən birində, “Real” – “Atletiko” oyunundan əvvəl “Real” Madridə nifrət edir” pankartı, eləcə də, “Real”ın 20 nömrəli forması geyindirilmiş kukla peyda olmuşdu. Bu kukla isə Vinisiusa işarə olub.

İspaniya polisi bu aksiyanı təşkil etməkdə şübhəli bilinən 4 nəfərin həbs edildiyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button