İspaniya millisinin üzvü tarixi uğura imza atıb

2024-cü il Avropa çempionatının finalında qələbə qolunu vuran İspaniya millisinin hücumçusu Mikel Oyarzabal unikal nailiyyətə imza atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerası ərzində 4 finalda, Millətlər Liqası, Avropa çempionatı, “kral kuboku” və Olimpiadada iştirak edib. Oyarzabal bu qarşılaşmaların hər birində qol vurub.

Avropa çempionatının həlledici oyunu iyulun 14-də Berlindəki stadionda baş tutub. İspaniya millisi İngiltərə yığması ilə üz-üzə gəlib. Luis de la Fuentenin yetirmələri 2:1 hesablı qələbəni bayram edib. Oyarzabal əsas vaxtın son dəqiqələrində həlledici qolu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button