İspaniya millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb
İspaniya Kral Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, ispan mütəxxəsislə yola davam ediləcək. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
63 yaşlı məşqçi ilə 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Luis de la Fuente 2021-ci ilin iyun ayından İspaniya yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında AÇ-2024-ün və UEFA Millətlər Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin