5 “nəhəng”in hədəfindəki ispaniyalı futbolçu
“Atletik”in vingeri Niko Uilyamsa transfer bazarında ciddi tələbat var.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu ilə beş top-klub maraqlanır. Söhbət PSJ, “Çelsi”, “Liverpul” və “Bayern”dən gedir. Bundan əvvəl “Barselona”nın da Uilyamsın transferini rəsmiləşdirmək niyyəti ilə bağlı xəbərlər yayılıb.
İspaniyalı yarımmüdafiəçi ötən mövsüm La Liqada 31 oyunda iştirak edib, 5 qol vurub, 11 məhsuldar ötürmə verib. Uilyams hazırda İspaniya millisi ilə AÇ-2024-də iştirak edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin